
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Formula 1 yarışlarına dəstək" aksiyası çərçivəsində Bakı şəhər məktəbliləri arasında velosiped idmanı üzrə birinciliyə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, final mərhələsi Ağ Şəhər Bulvarında təşkil edilən yarışda rayon birinciliklərində ilk 3 yeri tutmuş 36 komanda mübarizə aparıb.
Reqlamentə əsasən, tərkibi 3 oğlan və 1 qız velosipedçidən ibarət komandalar estafet sistemi üzrə mübarizə aparıblar. Nizami rayonu 251 saylı orta məktəbin komandası ən yaxşı vaxt göstəricisi ilə çempion olub. Xətai rayonu 29 saylı orta məktəbin komandası 2-ci yerlə kifayətlənib. İlk üçlüyü Səbail rayonu 132 saylı orta məktəbin velosipedçiləri tamamlayıb.
Mükafata layiq yerlər tutan kollektivlər medal, diplom, kubok və qiymətli hədiyyələrlə təltif ediliblər.