1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan komandasının üzvü 2-ci oldu
Ölkəmizin "Synergy Baku" kontinental komandasının 5 üzvü Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Slovakiya Turunda mübarizə aparır. Sportnet.az-ın məlumatına görə, yarışın dağ mərhələsi sayılan 2-ci günündə komandamızın üzvü Kiril Pozdnyakov finiş xəttini 2-ci keçib.
170 km məsafəni İtaliyanın "Unieuro Wilier" komandasının üzvü Mauro Finetto ilə eyni vaxtda qət edən təmsilçimiz fotofinişə əsasən 2-ci olub - 4 saat, 21 dəqiqə, 46 saniyə. Bu nəticə ilə Kiril Pozdnyakov ümumi təsnifatda böyük sıçrayış edərək 3-cü yerə yüksəlib.
23 komandanın çıxış etdiyi yarışda "Synergy Baku" Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və Kiril Pozdnyakovla təmsil olunur. Bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar yarışın ən uzun məsafəsini qət edəcəklər - 193 km. Sayca 60-cı dəfə keçiriən Slovakiya Turuna iyunun 12-də yekun vurulacaq.