1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yelena Pavluxina: "Ən güclü rəqibim polşalıdır" - MÜSAHİBƏ
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında şosse velosipedinin qrup yarışlarında mübarizə aparacaq Azərbaycan idmançısı Yelena Pavluxinanın Sportnet.az-a müsahibəsi
- Olimpiadaya iki aydan da az vaxt qalıb, bu mötəbər yarışa hazırsınız?
- Elə vəziyyət alındı ki, lisenziya xallarını son turnirlərdə topladım. Əvvəlki yarışlarda uğursuzluqla üzləşmişdim. Son turnirlərdəki nəticələrimin yüksək olması formamın da hazırda yaxşı olmasından xəbər verir. Bütün gücümlə mübarizə aparacağam. Sloveniyada təlim-məşq toplanışında iştirak edəcəyəm. Əsas hazırlığım orada olacaq.
- Velosiped idmanında bizim olimpiya medalımız yoxdur. Tarixə ilk medalçı olaraq düşə bilərsiniz. Potensialınız nə deyir?
- Əlimdən gələni edəcəm. Amma bu, idmandı. Necə olacağı barədə əvvəlcədən danışmasam, yaxşıdır. Avropa Oyunlarında fərdi yarışmada altıncı olmuşdum. Bundan sonra Çexiyada keçirilən turnirdə qalib gəldim. Çində keçirilən dünya turu yarışlarında isə əsas lisenziya xallarımı toplayaraq yekunda 149 xalla Rio trekində mübarizə aparacaq 67 idmançı sırasına düşdüm. Ancaq mənim əsas uğurlarım fərdi ötüşmələrlə bağlıdır. Rioda isə qrup yarışlarında çıxış edəcəm.
- Yarışın əsas favoritləri olaraq, bir növ ən güclü rəqibləriniz qismində kimlərin adını çəkə bilərsiniz?
- Son Olimpiadanın qalibi olan polşalı Mariana Vos və iki Hollandiya təmsilçisini adlarını çəkə bilərəm. Belədə güclü rəqiblər az deyil.
- Braziliya dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşdiyi üçün yarışın velosipedçilər üçün asan keçməyəcəyi gözlənilir. Nə düşünürsünüz, bu, sizə nə dərəcədə təsir göstərə bilər?
- Qadınlarına yarışında cəmi 140 kilometrlik məsafə olacaq. Marşrut xətti eniş-yoxuş və döngələrlə boldur. İki kilometr məsafə qəmbərlikdən ibarətdir. Yəni, razıyam ki, ümumilikdə yarış həm kişi, həm də qadın velosipedçilər üçün o qədər də asan olmayacaq.
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.