Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Ermənistan idmançılarının Avropa Oyunlarına qaıtlmama ehtimalına münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, o, komitə üzvlərindən heç birinin kənarda qalmayacağını bildirib.
"Bizim 50 milli olimpiya komitəsi üzvümüz var. Onların heç biri kənarda qalmayacaqlar. Heç kimin buna şübhəsi olmasın" - deyə komitə prezidenti deyib.
Qeyd edək ki, Ermənistan Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına qatılıb-qatılmayacağı ilə bağlı son qərarını verməyib.