1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Almaniya "Bakı 2015"lə bağlı fikrini bildirib
Almaniya Olimpiya İdman Konfederasiyası (AOİK) "Bakı 2015" Avropa Oyunlarının olduqca uğurlu keçəcəyinə inanır. Sportnet.az-ın məlumatına görə, AOİK-in baş meneceri Maykl Vesper yerli mətbuata açıqlamasında bu barədə danışıb:
"İnanıram ki, çox sayda idman növündə yarışacaq atletlərin xeyli sayda olmasına görə bu Oyunlar olduqca uğurlu keçəcək. Avropa Oyunları artıq status baxımından genişlənib. Bunu 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına sahiblik etməyə maraqlı olan ölkələrin sayından görmək mümkündür, onların bəziləri Qərbi Avropadandır. İdeya öz təsdiqini tapmaqdadır”
Bununla belə, AOİK rəsmisi "Bakı 2015"də Almaniya idmançıları üçün neçə medal arzuladığını demək istəməyib: "Bu, mümkün qədər yaxşı çıxışdan və təcrübə imkanlarından düzgün istifadə etməkdən asılıdır".
Qeyd edək ki, Almaniya "Bakı 2015" Avropa Oyunlarında 280-ə yaxın idmançı ilə təmsil olunacaq.