
Komandanın ən tanınan idmançısı 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, 64 kq çəki dərəcəsində çıxış edən Evaldas Petrauskasdır.
Bundan başqa Bakıdakı AİBA Pro Boxing yarışlarında iştirak etmiş Avropa çempionatının gümüş mükafatçısı Eimantas Stanionis (69 kq) Azərbaycan paytaxtına gələcək. Edqaras Skurdelis (60 kq), Tomas Pivarunas (75 kq) Tadas Tamaşauskas (91 kq) və Mantas Valabiçius (+91 kq) da "Cristal Hall"da rinqə çıxacaqlar. Qadınların yarışında Ana Starovoitova (54 kq) mübarizə aparacaq.