Rusiyanın "Spartak" klubunun əfsanəvi futbolçusu Fyodor Çerenkov vəfat edib. Sportnet.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 55 yaşında dünyaya gözlərini yuman Çerenkovun ölümünə beynindəki şişib səbəb olub.
Hadisədən dərin kədərlənən "Spartak"ın idman direktoru Vyaçeslav Yeqoroviç mərhumun xəstə olduğunu və gecə saat 2:00 radələrində vəfat etdiyini bildirib.
Hadisədən dərin kədərlənən "Spartak"ın idman direktoru Vyaçeslav Yeqoroviç mərhumun xəstə olduğunu və gecə saat 2:00 radələrində vəfat etdiyini bildirib.
Qeyd edək ki, 1983 və 1989-cü illərdə SSRİ-nin ən yaxşı futbolçusu seçilən Fyeder Çerenkov "Spartak”da 494 matçda 121 qol vurub, 3 dəfə SSRİ, 1 dəfə Rusiya çempionu olub və Rusiya kubokunu qazanıb.