Ukrayna "Metallist"inin avrokubok qrafikində dəyişiklik edilib. Sportnet.az-ın məlumatına görə, xarkovlular Avropa Liqasının III turunda Polşa "Legiya"sı ilə ev oyununu Lvovda yox, Kiyevdə keçirməli olacaqlar.
Üstəlik matç bir gün tez - oktyabrın 22-də Valeri Lobanovski adına "Dinamo" stadionunda baş tutacaq. Bu da səbəbsiz deyil. Çünki oktyabrın 23-də Kiyevdəki digər arenada - "Olimpiyski" stadionunda "Dnepr" "Qarabağ"ı qəbul edəcək. UEFA qaydalarına əsasən, eyni şəhərdə bir gün ərzində 2 avrokubok qarşılaşmasının keçirilməsi yolverilməzdir. Üstəlik, matçdan bir gün öncə komandalar məhz oyunun keçiriləcəyi stadionda məşqə çıxmalıdırlar. Amma UEFA təhlükəsiz şəhər olan Lvovda oyunun keçirilməsini nəyə görə istəmədiyini açıqlamayıb.
Qeyd edək ki, "Metallist" ilk 2 turda Türkiyə "Trabzonspor"una evdə 1:2, Belçika "Lokeren"inə isə səfərdə 0:1 hesabı ilə uduzub. "Dnepr" isə evdə İtaliya "İnter"inə 0:1 hesabı ilə uduzduğu halda, Fransada heç-heçəyə nail olub - 0:0.