
Voleybolçu qadınlardan ibarət "İqtisadçı" klubu dağılır. Sportnet.az-ın məlumatına görə, bu barədə "voleybolx.com" saytı xəbər yayıb.
Bildirilir ki, klub prezidenti Şəmsəddin Hacıyev İqtisad Universitetinin rektoru vəzifəsindən ayrıldıqdan sonra klub sponsor problemi ilə üzləşib. Bu səbəbdən, "İqtisadçı"nın qapanacağı məlum olub. Amma komandadakı oyunçuların taleyi hələlik məlum deyil.
Qeyd edək ki, voleybol üzrə Azərbaycan çempionatının oktyabrın sonlarında başlaması nəzərdə tutulub.