
7 gənc azarkeş onları dəstənin içərisindən tapıb və qiymət barədə cavabı eşitdikdən sonra fiziki güc tətbiq edib. Biletlərin nominal dəyəri 40 qrivendən 800 qrivenədək (təqribən 3 dollardan 60 dollaradək) olub. Matç isə "Lvov Arena"da anşlaq şəraitində keçib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu Sergey Sidorçuk vurub.
Qeyd edək ki, bu mövsüm "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionundakı avrokubok qarşılaşmaları öncəsi bilet satışında "qara bazar" problemi ilə üzləşib. Amma polis müdaxiləsi də biletlərin dəyərindən artıq qiymətə satışının qarşısını tam ala bilməyib.