Bakının "İnter" klubunun prezidenti Georgi Nikolov Azərbaycan milli komandasının baş məşqçi postuna namizədini açıqlayıb. Bolqarıstanlı funksioner Sportnet.az-a açıqlamasında bu vəzifəyə postsovet məkanından Qafqaz futbolunu, azərbaycanlı futbolçuların mentalitetini yaxşı bilən, qafqazlılarlaa qarşılıqlı münasibətdən baş çıxaran mütəxəssisi məqsədəuyğun sayıb.
O, konkret ad da çəkib: "Müxtəlif variantlar var. Amma mən şəxsən postsovet məkanına üstünlük verərdim. Ağlıma ilk gələn Kurban Berdıyev oldu. Özünü şəxsən tanımıram. Amma bilirəm ki, kifayət qədər məşhur baş məşqçidir. O, Rusiya "Rubin"inə rəhbərlik etdiyi vaxt yaxşı nəticələr verib. Hazırda isə səhv etmirəmsə, komandasızdır".
Qeyd edək ki, Kurban Berdıyev 2013-cü il dekabrın 20-də istefa verdikdən sonra işsizdir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |