İtaliyanın "Napoli" klubu Rasmus Höylunnu daimi əsasda transfer edəcək.
Sportnet.az-ın məlumatına görə, biu barədə insayder Fabritsio Romano paylaşım edib.
O qeyd edib ki, danimarkalı hücumçunun İngiltərə "Mançester Yunayted"i ilə müqaviləsindəki 44 milyon avroluq satınalma bəndi aktivləşdirilib.
Məlumata görə, transfer qərarı komandanın UEFA Çempionlar Liqasına vəsiqə qazanması ilə bağlıdır və Neapol təmsilçisi 23 yaşlı forvardın çıxışından məmnundur.
Razılaşmaya əsasən, “Napoli” ümumilikdə 50 milyon avro ödəyəcək: yayda 6 milyon avro icarə haqqı, daha sonra isə 44 milyon avro məcburi satınalma öhdəliyi.
Qeyd edək ki, Rasmus Höylunn "Napoli"də 2025-ci ilin sentyabrından icarədədir.












































































