1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan millisindən imtina edən baş məşqçi danışdı
Gürcüstanlı mütəxəssis Zaza Turmanidzenin Azərbaycanın sərbəst güləş üzrə milli komandasına baş məşqçi təyinatı baş tutmayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Turmanidzenin özü "Msoplio Sporti" nəşrinə açıqlamasında bildirib.
O deyib ki, Azərbaycan Güləş Federasiyasından təklif alıb və hətta Bakıya gələrək, ilkin danışıqlar da aparıb. Amma Tiflisə qayıtdıqdan sonra təcrübəli mütəxəssislə Gürcüstan Güləş Federasiyasının Müşahidə Şurasından əlaqə saxlanılıb. Turmanidze isə dərhal xaricdə iş variantından imtina edib: "Baxmayaraq ki, mənə ən yüksək maliyyə şərtləri təklif edirdilər. Özüm Gürcüstan yığmasına böhranlı durumdan çıxmaqda kömək etmək istədim".
Qeyd edək ki, Zaza Turmanidze 2016-cı ilin sonlarınadək qonşu ölkə yığmasının sükanı arxasında olacaq. O, Gürcüstan millisinə 2 illik fasilədən sonra rəhbərlik edəcək. Azərbaycanın sərbəst güləş yığmasının isə hazırkı baş məşqçisi Semyon Çterevdir.