
Bu gün Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya çempionluğu
uğrunda matça start veriləcək. Sportnet.az-ın məlumatına görə, hazırkı dünya
çempionu, norveçli Maqnus Karlsen bu titulun əvvəlki sahibi, hindistanlı
Vişvanatan Anandla üz-üzə gələcək.
İlk turun startı Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
Anand ağ, Karlsen qara fiqurla oynayacaq. Ümumilikdə 12 partiya təşkil
olunacaq. Hər bir qarşılaşmada 120 dəqiqəyə 40 gediş nəzərdə tutulub. Bu
müddətdə qalib müəyyənləşməsə, 15 dəqiqəyə hərəyə 20 gediş imkanı veriləcək.
61-ci gedişdən isə tərəflər hər gedişə 30 saniyə əldə edəcəklər. 12 görüşün
ümumi nəticəsi heç-heçə olsa, 10 partiyadan ibarət "tay-breyk" təşkil
olunacaq.
Qeyd edək ki, növbəti turlar 9, 11-12, 14-15, 17-18, 20-21,
23, 25 noyabrda olacaq.
Vişvanatan Anand - Maqnus Karlsen - 0,5:0,5
İlk matç 48-ci gedişdə heç-heçə ilə nəticələndi.