Gürcüstan milli komandasının baş məşqçisi Temuri Ketsbaya postundan istefa verməyi qərara alıb. Bu barədə 46 yaşlı mütəxəssisin özü ölkənin "Birinci kanal"ına açıqlama verib.
O bildirib ki, noyabrın 14-də Polşa yığması ilə AVRO-2016-nın seçmə qrup matçında qeydə alınacaq nəticədən asılı olmayaraq, bu addımı atacaq: "Məğlub olsaq, postumu tərk edəcəyəm, heç-heçə təqdirində də gedəcəyəm, qalib olsaq, böyük məmnunluqla vəzifəmlə vidalaşacağam. Təki Gürcüstan futbolu üçün nə isə etsinlər".
Qeyd edək ki, iki gün öncə Temuri Ketsbaya keçirdiyi mətbuat konfransında Polşaya uduzacaqları təqdirdə istefa verəcəyini bildirib.