Azərbaycan milli komandasının futbolçusu Qara Qarayevin Norveç yığması ilə AVRO-2016-nın seçmə qrup matçından sonra Sportnet.az-a müsahibəsi
- Məğlubiyyətə səbəb nə oldu?
- Yeni qurulmuş komandayıq. Gördüyünüz kimi, heyətdə də dəyişikliklər var idi. Yəni, Azərbaycan millisi tam yeni komandadır. Düşünürəm ki, bu gün mübarizə apardıq, bir epizod oldu, onda da qol buraxdıq. Məncə, daha yaxşı yöndə gedirik. Növbəti oyunlarda daha yaxşı olacaq.
- Düşünürsünüz ki, dörd oyuna dörd məğlubiyyət yaxşı nəticədir?
- Məğlubiyyət baxımında düz deyirsiniz, amma oyun nöqteyi-nəzərindən düşünürəmhardasa bir az əvvələ baxanda daha yaxşı şeylər etməyə çalışırıq.
- Bu dəfə Berti Foqts yox idi. Hər dəfə bir bəhanə ilə hara gedirik bu komanda ilə?
- Biz də istəməzdik ki, məğlub olaq, amma bəzən heç nə edə bilmirik, nə siz bir şey edə bilirsiniz, nə də biz.
- Bu oyunda qələbə üçün nə çatmadı?
- Bu gün ani bir vəziyyətdə diqqətsizlik etdik. Ən azı, bərabərlik edib, bir xal götürə bilərdik.
Məcid HƏSƏNLİ