Norveçli Maqnus Karlsen şahmat üzrə dünya çempionu titulunu qoruyub. Sportnet.az-ın məlumatına görə, Rusiyanın Soçi şəhərində hindistanlı Vişvanatan Anandla keçirdiyi matçın 11-ci turunda Karlsen növbəti qələbəyə imza atıb.
45-ci gedişdə Anand təslim olub. Bununla da ümumi nəticə 6,5:4,5 hesabı ilə Karlsenin xeyrinə dəyişib. Beləliklə, son turun nəticəsindən asılı olmayaraq, norveçli qrossmeyster ardıcıl ikinci il dünya çempionu olub.
Qeyd edək ki, matçın ümumi mükafat fondu 1 milyon avro təşkil edib.