1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qazaxıstanlı boksçu Azərbaycan millisində
Qazaxıstanlı boksçu Bəxtiyar Eyyubov bundan sonra Azərbaycanı təmsil edəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə 28 yaşlı idmançının özü "Boxingnews.kz"yə açıqlama verib.
O, hazırda danışıqların getdiyini bildirib: "Bircə onu demək istəyirəm ki, Azərbaycanı təmsil etmək qərarına gəlmişəm. Burada bir çox amillər var, həm peşəkar rinqdə döyüşmək istəyi, həm də maddi tərəfi yaxşılaşdırmaq imkanı. Eyni zamanda qeyd edim ki, vətənimin bayrağı həmişə mənimlə olacaq. Mən rinqə iki bayraqla çıxacağam", - deyə Bəxtiyar Eyyubov qeyd edib".
Boksçunun sözlərinə görə, o, ötən müddətdə peşəkar rinqdə müstəqil döyüşüb ki, bu da ona asan olmayıb: "Məndə motivasiya və fanatizmdən başqa heç nə yoxdur. Bu müddət ərzində bütün problemlərimi özüm həll etmişəm. Təkbaşına məşq etmişəm. Çox çətin olub. Təəssüf ki, heç bir dəstək olmayıb... Hətta peşəkar rinqdə uğur qazandıqda belə təbrik etməyiblər. Mənim doğulduğum və böyüdüyüm Aktobe şəhərində ilin yekunlarında adım heç idman planında qeyd olunmadı, heç bir dəstək yoxdur, halbuki mən bu şəhərdə yeganə peşəkar boksçuyam".
Qeyd edək ki, Bəxtiyar Eyyubov peşəkar rinqdə keçirdiyi 5 döyüşün hamısında qalib gəlib.