Türkiyənin "Elazığspor" klubunda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Cavid İmamverdiyev zədələnib. Bu barədə Sportnet.az-a 25 yaşlı hücumçunun özü məlumat verib.
O, son məşqlərdən birində dizindən xəsarət aldığını bildirib. Bu səbəbdən, İmamverdiyev ötən gün Türkiyə I Liqasında "Karşıyaka" ilə matçı buraxdığını söyləyib. Lakin hücumçu zədəsinin ciddi olmadığını və növbəti turadək sağalacağını bildirib.
Qeyd edək ki, Cavid İmamverdiyevin yoxluğunda "Elazığspor" 1:2 hesabı ilə uduzub.