1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Məmmədov: "Pavel Paşayevlə bağlı FİFA-ya müraciət edəcəyik"
AFFA rəhbərliyi hazırda Ukraynanın "Metallurq" (Donetsk) klubunda çıxış edən Pavel Paşayevin Azərbaycan milli komandasına cəlb olunması məqsədilə danışıqlara başlayıb. Bu barədə Sportnet.az-a federasiyanın baş katibi Elxan Məmmədov məlumat verib.
E.Məmmədovun sözlərinə görə, bu məqsədlə Ukrayna Futbol Federasiyasına müraciət edilib. Baş katib sabah FİFA-ya da baş vuracaqlarını açıqlayıb: "Pavel Paşayevin atası azərbaycanlıdır, Bakıda doğulub. Bunu təsdiqləyən pasport əlimizdədir. Biz bütün sənədləri yığaraq, FİFA-ya müraciət edəcəyik ki, onun Azərbaycan yığmasına keçidinə baxılsın. FİFA-nın futbolçuların statusu ilə bağlı Əsasnaməsinin 8-ci bəndinə görə, futbolçu aşağı yaş qrupları üzrə yığmaların heyətində rəsmi matçlarda çıxış edibsə, onun başqa ölkənin əsas millisində oynayıb-oynamamasına FİFA qərar verir. Ona görə də çox güman ki, sabah ali futbol qurumuna da müraciət edəcəyik. FİFA da növbəti 2 həftə ərzində qərar qəbul edəcək".
Qeyd edək ki, Pavel Paşayev Ukraynanın 17, 19 və 21 yaşadək yığmalarından əlavə, əsas millisində də forma geyinib. Lakin həmin matçlar yoldaşlıq görüşlərinə təsadüf edib.