1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rusiya klubu ukraynalılarla Bakıda görüşməyi təklif etdi
Voleybolçu qadınların Çağırış Kubokunda Rusiya "Uraloçka"sı ilə Ukrayna "Ximik"i arasındakı yarımfinal matçları Bakıda keçirilə bilər. Sportnet.az-ın məlumatına görə, martın 25-də və 29-da nəzərdə tutulan oyunların neytral meydanda təşkilinin tərəfdarı "Uraloçka"dır.
Baş məşqçi Nikolay Karpolun komandası qarşılaşmaları üçüncü ölkədə oynamağı təklif edir. Bununla bağlı Avropa Voleybol Konfederasiyasına (CEV) göndərilmiş məktubda əsas variant kimi Bakı göstərilib. Ukrayna tərəfini Azərbaycan paytaxtına gəlmək qane etməsə, "Uraloçka" ev arenası kimi Belarusun Baranoviçi şəhərini təklif edib. Karpol məhz Baranoviçidən 100 km aralıdakı Bereznitsa kəndində doğulub. Bu halda cavab görüşü üçün Polşa şəhərlərindən biri məsləhət görülüb. Püşkə əsasən, ilk oyun Yekaterinburqda, cavab matçı isə Odessa yaxınlığında olmalıdır.
Qeyd edək ki, CEV-in qərarı bu gün açıqlanacaq.