1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
ŞOK "Qarabağ"ın qolunu saymayan hakim Avropa çempionatında!
Futbol üzrə Avropa Liqasında Azərbaycanın "Qarabağ" və İtaliyanın "İnter" komandaları arasında keçirilmiş oyunun yan xətt hakimi Ondrjey Pelikan UEFA-dan növbəti təyinat alıb. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, UEFA Hakimlər Komitəsi Pelikanı 17 - 30 iyunda Çexiyada 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının hakimləri siyahısına daxil edib.
O, qitə birinciliyinin oyunlarında ehtiyat hakim funksiyalarını yerinə yetirəcək 2 yerli hakimdən biri olacaq.
Qeyd edək ki, 2014-cü il dekabrın keçirilmiş 11-də "Qarabağ" - "İnter" matçının 90+4-cü dəqiqəsində Riçard Almeydanın vurduğu qol məhz Ondrjey Pelikanın işarəsindən sonra sayılmayıb. Pelikan həmin vaxt ofsayd olduğunu bildirib. Nəticədə baş hakim Miroslav Zelinka qolu ləğv edib və oyun 0:0 hesablı heç-heçə ilə nəticələnib. "Qarabağ"ın şikayətindən sonra hakimlər briqadasının cəzalandırılacağı gözlənilirdi.