1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rafael Ağayev 12 qat Avropa çempionu oldu
Azərbaycan karateçiləri Türkiyənin İstanbul şəhərində keçirilən 50-ci Avropa çempionatının fərdi yarışlarını 3 medalla başa vurublar. Sportnet.az-ın məlumatına görə, kişilər arasında 5 çəki dərəcəsindən 3-nün finalında tatamiyə çıxan idmançılarımızdan Rafael Ağayevlə (75 kq) Niyazi Əliyev (67 kq) qızıl, Ayxan Mamayev (84 kq) gümüş mükafata sahib olub.
Bu uğurla Rafael Ağayev 12-ci, Niyazi Əliyev isə 2-ci Avropa çempionluğu sevincini yaşayıb. Kata çıxışlarında Tural Balcanlı bürünc medal uğrunda həlledici görüşdə tanınmış fransız idmançısı, dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçısı Min Duk Vu Dak səddini aşa bilməsə də, ilk "beşlik"də yer alıb. Bu nəticə ilə Azərbaycan medal qazana bilən 18 ölkə arasında ümumi hesabda hələlik 3-cüdür. Ümumilikdə Avropa çempinatına 47 ölkədən 433 idmançı qatılıb.
Qeyd edək ki, bu gün komanda kumite yarışlarının mükafatçıları məlum olacaq. Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Ayxan Mamayev, Orxan Heydərli, Rafael Ağayev və Şahin Atamovdan ibarət komandamız bürünc medal uğrunda Almaniya milli komandası ilə döyüşə çıxacaq.