Türkiyə I Liqasında XXIX turun "Bucaspor" - "Karşıyaka" matçında dava düşüb. Sportnet.az-ın məlumatına görə, xoşagəlməz olaylar İzmir derbisinin 90-cı dəqiqəsində "Bucaspor" azarkeşinin tribunadan meydana daxil olması ilə başlayıb.
Həmin fanat sevimli komandasının bayrağını nümayiş etdirib. Təhlükəsizlik qüvvələri onu zərərsizləşdirib. Amma bu zaman yenə eyni tribunadan meydana oturacaqlar yağmağa başlayıb. Baş hakim Özgür Yankaya oyuna 3 dəqiqə əlavə etsə də, bitimi gözləmədən final fitini səsləndirib. Həmin andaca meydana daha bir "Bucaspor"lu azarkeş soxulub. Qəzəbli fanatı çətinliklə zərərsizləşdirmək mümkün olub. Polislər tribunalardakı azarkeşləri isə bibər qazı ilə stadiondan çölə çıxarıblar. "Karşıyaka" tərəfdarları isə tribunada gözlədiliblər.
Oyun qonaqların qələbəsi ilə yekunlaşıb. Əsas komandadan kənarlaşdırılan Mahir Şükürov oyunda iştirak etməyib.