Azərbaycan Premyer Liqasında XXX turun növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "SOCAR Polymer Arena"da "Araz-Naxçıvan" və "İmişli" komandaları üz-üzə gəlib
Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 18-ci dəqiqədə Dioqo Kardozu vurub.
Bununla da xalını 32-yə çatdıran "İmişli" 9-cu pillədə möhkəmlənib. "Araz-Naxçıvan" isə 40 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, XXX turun açılış oyununda "Kəpəz" "Sumqayıt"ı məğlubiyyətə uğradıb - 2:1. Turun qalan oyunları 3 - 5 mayda keçiriləcək.
--------------------------------
Azərbaycan Premyer Liqasının XXX turuna start verilib.
Sportnet.az-ın məlumatına görə, turun açılış matçı Yevlax şəhər stadionunda "Kəpəz" və "Sumqayıt" arasında olub.
Görüş Gəncə təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Bütün qollar ikinci hissədə vurulub. "Kimyaçılar" Yusif İmanovun avtoqolu ilə hesabda önə keçsələr də, matçın sonlarında "Kəpəz" Rauf Hüseynlinin penaltidən vurduğu 2 qolla hesabı xeyrinə tamamlayıb.
Bununla da baş məşqçi Azər Bağırovun komandası xalını 27-yə çatdırıb. 10-cu pillədəki yerini qoruyan "Kəpəz" sonuncu pilləyə enmə təhlükəsindən tam qurtulub. "Sumqayıt" isə 38 xalla 7-ci pillədə qalıb.
-----------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.
Yevlax şəhər stadionunda təşkil olunacaq açılış matçında "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək.
Baş hakim Əli Əliyevin idarə edəcəyi qarşılaşma saat 16:00-da başlanacaq.
Hazırda "Kəpəz" 21 xalla 10-cu, "Sumqayıt" 38 xalla 7-ci yerdə gedir. Tərəflərin əvvəlki 34 görüşünün 9-da Gəncə komandası, 14-də "gənclik şəhəri" təmsilçisi qələbə qazanıbsa, 11-də heç-heçə qeydə alınıb. Topların nisbətində də "Sumqayıt"ın üstünlüyü var - 43:33. Son iki qarşılaşmada böyükhesablı nəticə qeydə alınıb. “Kimyaçılar” axırıncı üç səfərdə qol vurmayıb.
Günün digər görüşündə isə "Araz-Naxçıvan" Sumqayıtdakı "SOCAR Polymer Arena"da "İmişli"ni qəbul edəcək. Hazırda Naxçıvan təmsilçisi 40 xalla 6-cı, debütant isə 29 xalla 9-cu pillədə qərarlaşıb. Bu mövsüm üz-üzə gələn komandaların iki görüşünün birincisində "Araz-Naxçıvan" qələbə qazanıb - 2:0. Digər matçda heç-heçə qeydə alınıb - 2:2. Muxtar Respublika komandası hər oyunda 2 qol vurub. “İmişli” isə hələ qələbə qazanmayıb.
Azərbaycan Premyer Liqası, XXX tur
2 may (şənbə)
16:00. “Kəpəz” – “Sumqayıt” - 2:1
Sarı vərəqələr: Ehtiram Şahverdiyev, 63 (qeyri-idman hərəkəti); Luis Paçu, 90+2 (qeyriidman hərəkəti) // Kənan Feyziyev, 43 (qeyri-idman hərəkəti); Emil Mustafayev, 54 (qeyriidman hərəkəti)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Saşa İliç, oyundan sonra (hakimin qərarına sərt formada etiraz etdiyi üçün)
Qollar: Rauf Hüseynli, 86 (pen.); 89 (pen.) - Yusif İmanov, 64 (öz qapısına)
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 5 dəq.
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax şəhər stadionu, 500 tamaşaçı
“Kəpəz”: 33. Yusif İmanov 77. Fərid Nəbiyev (7. Ehtiram Şahverdiyev, 46) 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa (88. Şakir Seyidov, 33) 12. Mahamadu Ba 14. Adama Fofana (6. Camal Cəfərov, 77) 4. Mate Abuladze 10. Ryonosuke Ohori (17. Ümid Səmədov, 77)
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 20. Elcan Əbilov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 80. Şahnur İsmayılov 83. Raul İsaqov
Baş məşqçi: Azər Bağırov
“Sumqayıt”: 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə (95. Nsana Simon, 76) 29. Emil Mustafayev (6. Sedrik Badolo, 61) 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 64. Kənan Feyziyev 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç (23. Ronaldo Vaskez, 76) 33. Danilo Beskorovaynıy 80. Keffel Resende (72. Rayan Senhadji, 11) 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 20. Ayxan Süleymanlı 24. Sənan Muradlı 75. Nadir Orucov 37. Nihad Orucəli 97. Vüsal Paşayev
Baş məşqçi: Saşa İliç
18:30. “Araz-Naxçıvan” – “İmişli” - 0:1
Qol: Dioqo Kardozu, 18
Sarı vərəqələr: Yau Mozes, 65 (qeyri-idman hərəkəti); Luis Silvestr, 71 (hakimin qərarına etiraz)
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“SOCAR Polymer Arena”, 100 tamaşaçı
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 34. Urfan Abbasov (k) (19. Bar Kohen, 69) 8. Coşqun Diniyev (24. Mustafa Əhmədzadə, 59) 4. Rahil Məmmədov 26. Ömər Buludov 16. Ramon Maçado (14. Ülvi İsgəndərov, 69) 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes (5. Slavik Alxasov, 85) 10. Felipe Santos 70. Şarl Boli (7. Hamidu Keyta, 59)
Ehtiyat oyunçular: 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə 77. Bruno Franko
Baş məşqçi: Andrey Demçenko
“İmişli”: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 11. Vüsal Qənbərov (10. Nikola Karaklaiç, 72) 94. Rafael Vieqaş 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Mozes (17. Ezekiel Morqan, 72) 23. Dioqo Rollo (70. Mehdi Tahirov, 16) 79. Dioqo Kardozu (97. Xəzər Mahmudov, 90+2) 7. Luis Silvestr (21. Abbas Ağazadə, 90+2)
Ehtiyat oyunçular: 99. İmam Əli 77. Elmir Rəhimzadə 44. Həzrət İsayev 30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya.
Qeyd edək XXX turun qalan oyunları 3 - 5 mayda keçiriləcək.























































































