Ukrayna milli komandasının əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev həvəskar klubla müqavilə bağlayıb. Sportnet.az-ın "football.ua"ya istinadən məlumatına görə, 30 yaşlı cinah hücumçusu Ukraynanın Vinnikov şəhərini təmsil edən Rux"la yayadək anlaşıb.
Artıq o, Lvov vilayətinin çempionatında iştirak etmək üçün sifariş olunub.
Qeyd edək ki, Aleksandr Əliyevin sonuncu klubu Rusiya "Anji"si olub. O, ötən yay klublarımızdan biri ilə danışıqlar aparmaq üçün Azərbaycanda da olub.