"Boluspor"da çıxış edən Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Türkiyə I Liqasında növbəti qolunu vurub. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı hücumçu XXIX turun "Adanaspor"la ev oyununda fərqlənib.
81-ci dəqiqədə meydana girən Cavadov matçın 90+3-cü dəqiqəsində son nöqtəni qoyub - 3:1. Bu, yığma üzvünün çempionatda 2-ci qolu olub. "Adanaspor"da isə Cəmşid Məhərrəmov sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, bu qələbə sayəsində xallarını 35-ə çatdıran "Boluspor" 12-ci pilləyə yüksəlib. "Adanaspor" da eyni xala malik olsa da, 14-cüdür.