1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İdman jurnalistləri voleybol oynadı
Bu gün idman jurnalistləri arasında voleybol matçı keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbir Azərbaycan Voleybol Federasiyası (AVF) ilə 3 yaşı tamamlanan İdman Araşdırmalar Mərkəzinin (İAM) birgə təşkilatçılığı ilə baş tutub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və faşizm üzərində qələbənin 70 illiyi münasibətilə keçirilmiş görüşdə məqsəd "Bakı 2015" I Avropa Oyunlarına jurnalist dəstəyi vermək, habelə, federasiya ilə KİV arasında münasibətləri daha da sıxlaşdırmaqdan ibarət olub.
"Sağlam həyat tərzi" devizi altında təşkil olunmuş görüşdə televiziya və yazılı media nümayəndələrindən ibarət komandalar üz-üzə gəlib. Oyun AVF-nin idman zalında keçirilib. Qarşılaşmanın yekununda sevinən tərəf "TV-Media" komandası olub. Onlar "Yazarlar" komandası üzərində 2:1 hesablı qələbə qazanıblar - 25-22, 18-25, 25-22.
Matçın ardından yarış iştirakçılarına hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbirin sponsorları "Nar Mobile" və "Kolizey İnşaat" olub.