
Bu gün voleybolçu qadınlar arasında Çempionlar Liqasının V tur matçında A qrupunda mübarizə aparan Azərbaycanın "Azərreyl" və "Lokomotiv" klubları bir-biri ilə qarşılaşıb. Sportnet.az-ın məlumatına görə, saat 18:00-da start götürəcək matç Voleybol Mərkəzində keçirilib.
Oyunu ukraynalı Andrey Kovalçuk və bolqarıstanlı Aleksandar Vinaliyev idarə edib. Bu komandalar arasında əvvəlki qarşılaşma "Lokomotiv"in qələbəsi ilə yekunlaşmışdı - 3:1. Bu dəfə də eyni nəticə qeydə alınıb. Nəticədə "Lokomotiv" xallarını 9-a çatdıraraq, 12 ən güclü komandanın çıxış edəcəyi "pley-off"a vəsiqə qazanıb. "4 məğlubiyyət və 1 qələbə ilə üçüncü olan "Azərreyl" isə qrupda qalıb. Bu klub mübarizəni CEV Kubokunda davam etdirəcək.
Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı digər təmsilçisi "Telekom" E qrupundakı V tur matçını yanvarın 21-də Bakıdakı "Sərhədçi" Olimpiya İdman Mərkəzində Türkiyənin "Fənərbağça" komandasına qarşı keçirəcək.
Çempionlar Liqası, V tur
A qrupu
18:00. "Azərreyl" (Azərbaycan) - "Lokomotiv" (Azərbaycan) - 1:3 (25:21, 22:25, 15:25, 14:24)
Hakimlər: Andrey Kovalçuk (Ukrayna), Aleksandar Vinaliyev (Bolqarıstan)