"Çempion olduğumuza görə çox şadam. Mən "Qarabağ”a ilk gəldiyimdə, komanda ilə tanış olduğumda çempion olacağımıza inanmışdım. Çünki burada yaxşı dostluq münasibətləri, qardaşlıq var. Fasilələrdə yaxşı hazırlıq dönəmləri keçirdik. Oynamadığım matçlar da oldu, amma bunlara görə əsəbi deyiləm. Hazırda xoşbəxtəm". Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ"ın heyətində qızıl medal qazanmış Ulrix Kapolonqo deyib.
Konqolu hücumçu komandadan göndərilməsindən də danışıb: "Müqaviləmin yenilənməməsinin səbəbini bilmirəm. Nə rəhbərliklə, nə də futbolçularla problemim olub. Bəlkə də komandanın taktikasına uyğun gəlmədim. Yaxud kollektiv oyunu kifayət qədər mənimsəyə bilmədim".
Hələlik heç bir klubdan təklif almadığını deyən 25 yaşlı forvard təklif gözlədiyini də gizlətməyib: "Hazırda klublar dincəlir. Ola bilər ki, bir azdan təkliflər gələcək. Azərbaycanın digər klublarından təklif gəlsə, qəbul edərəm. Burada qalmaq istərdim".

Sonda Kapolonqo "Qarabağ"ın Çempionlar Liqasında uğurla çıxış edəcəyinə inam ifadə edib: "Mən burada uğurlu mövsüm keçirdim. Hətta ötən mövsüm Avropa Liqasında da çıxış etdim. Göstərdiyi nəticələrə əsasən, "Qarabağ"ın qitə miqyaslı yarışlarda uğur qazanacağına inanıram".