1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçumuz Avropa çempionu oldu
İsrailin paytaxtı Təl-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa birinciliyinə start verilib. Sportnet.az-ın məlumatıan görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.
73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən gənc cüdoçumuz Hidayət Heydərov finala gedən yolda Kipr, Belçika, Kosovalı və Rusiyaidmançılarını məğlub edib. Həlledici görüşdə tatami sahibi Tohar Butbuka inamla qalib gələn cüdoçumuz Avropa çempionu olub.
66 kq çəki dərəcəsində çıxış edən Telman Vəliyev Macarıstan, Türkiyə və İtaliya təmsilçilərini udaraq yarımfinala çıxıb. Cüdoçumuz yarımfinal görüşündə moldovalı Denis Vieruyaya məğlub olaraq təsəlliverici görüşə qatılıb. Bu mərhələdə tatami sahibi Aleksandr Raskopineyə uduzan Vəliyev 5-ci yeri tutub.
Digər təmsilçilərimiz Mehman Sadıqov, Davud Məmmədsoy (hər ikisi 60 kq) və Fəqan Quluzadə (73 kq) mübarizəni erkən dayandırıblar.
Qeyd edək ki, 40 ölkədən 321 cüdoçunun (190 oğlan, 131 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan millisi 9 cüdoçu ilə təmsil olunur.