1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Böyük Dəbilqənin qalibi oldu
Azərbaycanın kişilərdən ibarət cüdo yığması Bakıda başa çatan Böyük Dəbilqə turnirinin qalibi olub.
Sportnet.az-ın məlumatına görə, komandamız 1 qızıl, 2 gümüş, 3 bürünc medal qazanıb. Daha 6 cüdoçumuz 5-ci, 1-i isə 7-ci olub. Bu nəticə ilə ölkəmiz hətta Yaponiyanı da üstələyib. Cüdonun vətənindən gələnlər 1 qızıl, 2 gümüş və 1 bürünc medalla kifayətləniblər. 3-cü yeri isə 1 qızıl, 3 bürünc medalla Gürcüstan tutub. Qonşu ölkənin daha 1 cüdoçusu 5-ci, 1-i isə 7-ci olub. Kişilərin mübarizəsinə ümumilikdə 21 ölkə qatılıb.
Qadınların mübarizəsində isə ölkəmiz 1 bürünc medalla 14-cü olub. Daha 3 cüdoçumuz 5-ci, 7-si isə 7-ci yeri tutub. Ümumi hesabda 1-ci yeri 2 qızıl, 1 gümüş medalla Hollandiya qalib olub. Braziliya və Rumıniya hərəyə 1 qızıl medalla 2-3-cü yerlərdə qərarlaşıb. Zərif cins nümayəndələrinin yarışında ümumilikdə 23 ölkə iştirak edib.
Qeyd edək ki, ümumi komanda hesabında Azərbaycan millisi 1 qızıl, 2 gümüş, 4 bürünc medalla 2-ci olub. 1-ci yeri isə 3 qızıl, 1 gümüş medalla Hollandiya tutub.