1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Telekom" dağıla bilər
Bolqarıstan milli komandasının voleybolçusu Mariya Filipova Bakının "Telekom" klubundan ayrıla bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə 35 yaşlı idmançının özü Bolqarıstan mətbuatına açıqlama verib.
M.Filipova ayrılığa səbəb kimi "Telekom" klubunun taleyinin sual altında olduğunu göstərib. Paytaxt təmsilçisinin heyətində 2016/2017 mövsümünün qalibi olan legioner voleybolçu karyerası ilə bağlı yaxın vaxtlarda qərar verəcəyini söyləyib: "Qızıl medal qazanmaq hər zaman gözəl hisslər bəxş edir. Son 7 ildə Azərbaycan çempionatının iştirakçısı olmuşam və bu, ilk titulumdur. Bu mövsüm qalib gəlməyi bacardıq. Lakin karyeramı Azərbaycanda davam etdirib-etdirməyəcəyimi deyə bilmərəm. Buradakı vəziyyət başadüşülən deyil. Növbəti mövsümdə ölkə çempionatının və klubun mövcud olacağını bilmirik".
Qeyd edək ki, 2015-ci ildə Bolqarıstanın "Levski” klubundan "Telekom”a transfer olunan Mariya Filipova 2010 - 2014-cü illərdə Bakının "Lokomotiv” komandasında da çxıış edib.