
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.
Sportnet.az-ın məlumatına görə, seçki bu gün UEG-in Xorvatiyanın Split şəhərindəki Baş Assambleyası çərçivəsində gerçəkləşib.
F.Qayıbov qurumun prezidenti postu uğrunda mübarizədə sloveniyalı Edvar Koları üstələyib. Bunadək o, UEG-də vitse-prezident vəzifəsində çalışıb.
Qeyd edək ki, Fərid Qayıbov beynəlxalq quruma rəhbərlik edəcək ilk azərbaycanlı funksioner kimi tarixə düşüb ("Report").