Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib. Sportnet.az-ın məlumatına görə, idmançının ölüm səbəbi qripdir. İdmançının nəşi dəfn olunması üçün Sabirabada aparılıb.
Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib. O bildirib ki, Xamis Məmmədov bir müddət əvvəl sooyuqdəymədən müalicə alıb: “Daha sonra xəstəlik şiddələnib və onun bədənində iltihabi proses baş verib. Təəssüf ki, idmançı dünyasını dəyişib”.