Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun final mərhələləri ləğv olunub.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası qərar qəbul edib. Belə bir addım dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə əlaqədar atılıb. Bu zaman Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutulub.
Dünya Kuboku martın 12-də Milli Gimnastika Arenasında start götürüb. Final mərhələsinin 14-15 martda keçirilməsi planlaşdırılırdı.