
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov blits şahmat üzrə “Airthings Masters” onlayn turnirinin ikinci yarış günündə 4 görüş keçirib.
Sportnet.az xəbər verir ki, Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakamura (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) ilə heç-heçə edən Rəcəbov günün son matçında Ermənistan təmsilçisi Levon Aronyanla görüşüb. Ağ fiqurlarla oynayan 33 yaşlı şahmatçı yenə xalı yarı bölüb. Bununla da Rəcəbov xal hesabını 4,5-ə çatdıraraq 4-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə “8-lik”də qərarlaşanlar növbəti raunda adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.