Gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma ilə görüşüb.
Bu barədə Sportnet.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı gənclər sahəsində mübadilə imkanları və idman sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.