![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739439717_ba.jpg)
Bakıda badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı davam edir.
Sportnet.az xəbər verir ki, Azərbaycan milli komandası ikinci turda İspaniya ilə qarşılaşıb.
5 kateqoriya üzrə (kişilərin şəxsi və qoşa, qadınların şəxsi və qoşa və qarışıq qoşa) keçirilən oyunda meydan sahibləri rəqibinə 2:3 hesabı ilə məğlub olub.
Azərbaycan millisi növbəti turda Danimarka münasibətlərə aydınlıq gətirəcək. Fevralın 14-də keçiriləcək qarşılaşma saat 10:00-da başlayacaq.
Morteza Validarvinin baş məşqçi olduğu kollektiv ilk turda İngiltərə millisinə eyni hesabla uduzub.
Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunan yarış fevralın 16-da bitəcək.