
Formula 1 üzrə Azərbaycan Qran Prisinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, 51 dövrəlik yarışın qalibi adını "Red Bull" pilotu Maks Ferstappen qazanıb.
"Mercedes" sürücüsü Corc Rassell ikinci, "Uilyams"dan Karlos Sayns üçüncü yeri tutub.
Dünya çempionatının lideri, "Maklaren" pilotu Oskar Piastri isə beşinci dövrədə maşınınını hasara çırparaq, mübarizəni erkən dayandırıb.
Beləliklə, Ferstappen karyerasında ikinci dəfə Bakı mərhələsinin qalibi olub. O, ilk belə nailiyyətini 2022-ci ildə əldə etmişdi. İndiyədək Azərbaycan Qran Prisində yalnız Serxio Peres iki dəfə (2021, 2023) qalib olub. O, mövsümdə 4-cü, karyerasında 67-ci dəfə bu uğuru əldə edib.