
Çexiyalı biatlonçu Yan Vanxa 19 yaşında ikən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
Sportnet.az-ın "Blesk" nəşrinə istinadən məlumatına görə, faciəvi hadisə günorta saatlarında baş verib.
Velosipedlə hərəkət etdiyi vaxt Vanxanı avtomobil vurub. Hadisə yerinə gələn yanğınsöndürənlər zərərçəkən velosipedçiyə ilkin yardımı göstəriblər. Habelə, hava-xilasedici xidmətinin helikopteri də çağırılıb. Lakin cəhdlər heç bir nəticə verməyib.
Qeyd edək ki, hadisənin baş verdiyi yerdə maşınlar sürətlə şütüyürlər. Sürücünün alkoqol testi mənfi nəticə verib.