
III MDB Oyunlarında Azərbaycan ümumi medal sıralamasında medal əyanları üzrə irəliləyib.
Sportnst.az xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 49 (34-8-7) medalla liderdir.
Azərbaycan isə 38 medalla ikinci pillədə qərarlaşıb.
Təşkilatçı ölkə 5 qızıl, 17 gümüş və 16 bürünc medal əldə edib.
Üçüncü yerdə isə Belarusdur – 32 (4-13-15) medal.
Bu günə qədər III MDB Oyunlarında 6 ölkənin idmançıları medal qazanıb.
Ümumilikdə, Oyunlarda 13 ölkənin atletləri iştirak edir.