
"Qələbəni Şanlı Azərbaycan Ordusuna həsr edirik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın çövkən millisinin kapitanı Vahid Məmmədov III MDB Oyunlarında qızıl medal qazanmaları barədə danışarkən deyib.
O, finalda Özbəkistanı çətin və gərgin mübarizə nəticəsində məğlub etdiklərini söyləyib: "Yarışa yaxşı hazırlaşmışdıq. Müntəzəm məşqlər və atlardan düzgün istifadə nəticəsində istəyimizə çatdıq".
Qeyd edək ki, Azərbaycan millisi finalda Özbəkistanı 3:0 hesabı ilə yenib.