Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turuna yekun vurulub.
AQİNF-in mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, iştirakçılar bu dəfə dağ xizəyinin slalom növündə çıxış ediblər.
Yekunda İsveçrə təmsilçisi Nikita Anner 1-ci, Qazaxıstan idmançısı Dalel Talkunova 2-ci, Gürcüstandan olan Nino Tsiklauri isə 3-cü pillədə qərarlaşıb.
Turnir yanvarın 11-dək davam edəcək. Qarşıdakı günlərdə idmançılar slalom və giqant slalom növləri üzrə yarışlarda mübarizəni davam etdirəcəklər.
Xatırladaq ki, “Azerbaijan Open” turnirində Azərbaycanla yanaşı, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan müxtəlif yaş kateqoriyalarını əhatə edən 20 qadın idmançı iştirak edir. Yarışlarda Azərbaycanı dağ xizəkçisi Anastasiya Papatoma təmsil edir.





























































































