
"Tennis mənim xoşuma gəlir. Hər zaman oynayıram". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
47 yaşlı mütəxəssis vətəni Xorvatiyada tennis oynayarkən bu idman növünə olan sevigisindən danışıb: "İki ay idi ki, burada yox idim. Ona görə də oynaya bilmirdim. Çox cəlbedici və maraqlı idman növüdür. Köhnəlmiş idman növünü Xorvatiyaya gətirdim. Tennisi çox sevirəm".