1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Komanda" qəzeti bağlanır
Avqustun 13-də "Komanda" qəzetinin son sayı işıq üzü görəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə qəzetin baş redaktoru Rəşad Ergün "Facebook" profilində yazıb. Səbəb isə yayım firmaları ilə bağlı vəziyyətin getdikcə daha da pisləşməsidir.
"Qasid", "Azərmətbuatyayım" kimi firmaları olan ölkədə qəzet çıxarmaq demək olar ki, mümkün deyil. Ya satış pulundan imtina etməlisən, sponsora, reklam müqavilələrinə bel bağlamalısan, ya da qəzet sektorundan çəkilməlisən. Bizdə isə "Qasid"in qəzetlərin başına nə oyun açdığını çoxu bilir. Konkret, bu yayım firması 4 aydı ki, "Komanda" qəzetinə borclu olduğu pulu ödəmir. Eyni vəziyyət başqa firmalarda, əl yayımında da özünü göstərir.
Bütün gücümüzlə 6 il "Komanda"nın qəzet kimi yaşaması üçün çalışdıq. Ölkənin ən yaxşı qəzetlərindən birinə çevrilmək üçün çaba göstərdik. Bu 6 ildə "Komanda" üçün əziyyəti keçən çox jurnalist olub. Hamısına bir-bir təşəkkür edirəm".
Qeyd edək ki, "Komanda" qəzet olaraq dayansa da, "komanda.az" sayt kimi yoluna davam edəcək.