Azərbaycanın paralimpiya növləri üzrə yığma komandalarında baş məşqçi dəyişiklikləri baş verib. Milli Paralimpiya Komitəsindən Sportnet.az-a verilən məlumata görə, bir sıra idman növlərində ciddi nöqsanlara yol verildiyi üçün həmin növlər üzrə baş məşqçilər vəzifələrindən kənarlaşdırıliblar.
Əvəzində ikiqat paralimpiya çempionu Oleq Panyutin atletika, İbrahim İbrahimov cüdo üzrə kişilərdən, paralimpiya çempionu Ramin İbrahimov qadinlardan ibarət komandanın, Qarabag müharibəsi əlilləri Əkbər Muradov güllə atıcılıgı, İlham Məhərrəmov boccia, Alaverdi Culfayev üzgüçülük, Ruqiyyə Qubuşova stolüstü tennis, Tərlan Hacızadə oturaq voleybol, Asəf Məlikov qılıncoynatma, İlqar İbişov pauerliftinq, Zahir Abdullayev qolbol, Aleksandr Barabanov avarçəkmə və Natiq Abbasov kamandan oxatma üzrə milli komandalarin baş məşqçləri təyin ediliblər.