Türkiyəli tanınmış aparıcı və yazar Özge Uzun CBC Sport telekanalının baş direktoru vəzifəsində çalışan Volkan Üstlə barışdıqdan sonra Bakıya köçməyə qərar verib.
Sportnet.az-ın məlumatına görə, TRT-də çalışan xanım həmkarımız sosial şəbəkədəki şəxsi profilində əlvida mesajı yayımlayıb. Mesajında son dərəcə duyğusal ifadələrə yer verən Uzun "Artıq gedirəm. 20 il əvvəl minbir xəyalla gəldiyim İstanbulla vidalaşıram. Yaşadım, nəfəs aldım, nəfəssiz qaldım, kədərləndim, güldüm, ağladım, itirdim, çox qazandım, incidim, incitdim, tərk edildim, tərk etdim. Arxamda, yanımda yeni ürəklər topladım. Yeni bir həyata uçuram" yazıb.
Özge Uzun Volkan Üstlə 2015-ci ildə boşanmışdı. Onların iki övladı var. Ötən ilin sonlarında Üst Türkiyə telekanallarından birində keçmiş həyat yoldaşına yenidən onunla ailə qurmağı təklif edib. Uzun təklifi qəbul edib və onlar teleproqramdan çıxar-çıxmaz nikah evinə yollanıblar.