
Formula 1 üzrə mövsümdə saycsa 4-cü Soçi Qran Prisinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, qalib adını "Mercedes" pilotu Valtteri Bottas qazanıb. O, finişə 1 saat 28 dəqiqə 8,743 saniyəyə çatıb.
Sonrakı iki yeri "Ferrari" pilotları tutub. Sebastyan Fettel ondan 0,617 saniyə geri qalaraq, 2-ci, Kimmi Raykonnen isə 11 saniyə gecikərək, 3-cü yeri tutub.
Bottas bu mövsüm ilk dəfə Qran Prinin qalibi olub.Əvvəlki mərhələlərdə "Mercedes"in digər pilotu Luis Hemilton 2, "Ferrari"dən Kimmi Raykonnen 1 dəfə qalib olub. Hemilton bu dəfə 4-cü yerlə kifayətlənib. Ötən il Bakıda keçirilmiş Avropa Qran Prisinin səfiri Fernando Alonso isə bu dəfə bolidindəki problem üzündən yürüşə başlaya bilməyib.
Qeyd edək ki, 4 mƏrhələdən sonra Sebastyan Fettel 86 xalla 1-ci pillədə qərarlaşıb. Luis Hemilton 73 xalla 2-ci, Valtteri Bottas isə 63 xalla 3-cüdür. Avtomobillərin mübarizəsində isə liderlik 136 xalı olan "Mercedes"ə məxsusdur. "Ferrari" 135 xalla 2-ci, "Red Bull Racing Tag Heuer" isə 57 xalla 3-cüdür.