
7 qat dünya rekordçuları, qeyri-adi istedada malik Hüseyn və Laçın Pəhləvanoğlu qardaşları dünyanın bir nömrəli talant proqramı olan "America's GotTalent" şousunda çıxış ediblər. Sportnet.az-ın məlumatına görə, qubalı pəhləvanlar təhlükəli hərəkətləri yerinə yetiriblər.
Onlar taxtana mismarı yumruqla və alınla batırıb, kürək üstə deşici alət üzərində uzanaraq, ağır çəkili şəxsi öz üzərində saxlayıb və belin kəsici hissəsini boğazlarına dayayaraq, ağırlıqdan qoruyublar.